...

Tramp KXDR-ya qarşı sanksiyaların müddətini uzadıb

Dünya xəbərləri Materials 22 İyun 2019 03:15 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaları 1 il müddətinə uzadıb
Tramp KXDR-ya qarşı sanksiyaların müddətini uzadıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaları 1 il müddətinə uzadıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, sanksiyalar əsasən nüvə materiallarının yayılması və KXDR-nın regionda stabilliyi pozan hərəkətlərinə yönləndirilib.

Qeyd edək ki, ABŞ Şimali Koreya ilə denuklearizasiya üzrə danışıqlar aparır. Lakin ABŞ tərəfi dəfələrlə bildirib ki, Şimali Koreya nüvə silahından tam imtina etməyənə qədər sanksiyalar qüvvədə qalacaq.

Xəbər lenti

Xəbər lenti