...

Çində sərxoş sürücü piyadaları vurub

Dünya xəbərləri Materials 23 İyun 2019 08:30 (UTC +04:00)
Çinin Tsuntsin şəhərində avtomobil idarə edən bir şəxs piyadaların üstünə çıxıb
Çində sərxoş sürücü piyadaları vurub

Bakı. Trend:

Çinin Tsuntsin şəhərində bir şəxs avtomobili piyadaların üstünə sürüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində dörd nəfər həlak olub, 10 nəfərdən çox insan xəsarət alıb.

Məlumata əsasən, insident axşam saatlarında Unyan qəzasında baş verib. 42 yaşlı yerli sakinin sərxoş halda sükanın arxasına oturduğu bildirilir.

Yol gedən zaman sürücü bir neçə maşına çırpılıb.

Hadisənin şahidləri dərhal polisə xəbər verib, nəticədə o saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti