...

BMT-nin Baş katibi Tunisdəki terror aktlarını pisləyib

Dünya xəbərləri Materials 28 İyun 2019 01:53 (UTC +04:00)

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş Tunisdəki terror aktlarını şiddətlə qınayıb.

Trend-in məlumatına görə, bunu brifinqdə jurnalistlərə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik deyib.

S.Dyujarrik qeyd edib ki, Antonio Quterreş faciə nəticəsində zərərçəkənlərin ailələrinə və Tunis hökumətinə başsağlığı verir, onlara dəstək olduğunu ifadə edir.

Qeyd edək ki, Tunisin paytaxtında iyunun 27-də iki partlayış baş verib. Hadisə nəticəsində bir polis həlak olub, doqquz nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti