Bakı. Trend:
ABŞ-ın Florida ştatında sakinlərə iquanaları öldürmək göstərişi verilib.
Trend-in məlumatına görə, bu barədə Florida Vəhşi Heyvanların Mühafizəsi Komissiyası bildirib.
Qeyd olunur ki, yaşıl iquanaların sayı ştat ərazisində kəskin çoxalıb. Həmin iquanalar infrastruktura, bitkilərə ziyan vurur, bundan başqa, onlar salmonella bakteriyalarının daşıyıcıları ola bilər.
Yaşıl iquanalar ilk dəfə Floridada 1960-cı illərdə müşahidə edilib.