...

Pakistanda iki qatar toqquşdu - 9 ölü, 67 yaralı

Dünya xəbərləri Materials 11 İyul 2019 09:01 (UTC +04:00)
Pakistanda yük və sərnişin qatarları toqquşub
Pakistanda iki qatar toqquşdu - 9 ölü, 67 yaralı

Bakı. Trend:

Pakistanda yük və sərnişin qatarları toqquşub.

Trend-in məlumatına görə, hadisə ölkənin şimal-şərqində Pəncab vilayətində qeydə alınıb.

Qəza nəticəsində 9 nəfərin həlak olduğu bildirilir. Daha 67 nəfərin yaralandığı qeyd edilir.

Qəzaya səbəb isə sərnişin qatarının öz xətti üzrə hərəkət etməməsi göstərilir. Məlumata görə, sürətlə hərəkət edən sərnişin qatarı yolda dayanmış yük qatarına çırpılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti