...

Tunis prezidenti xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 25 İyul 2019 04:27 (UTC +04:00)
Tunis prezidenti Beji Kaid əs-Sebsi xəstəxanaya yerləşdirilib
Tunis prezidenti xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

Tunis prezidenti Beji Kaid əs-Sebsi xəstəxanaya yerləşdirilib.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, 92-yaşlı ölkə başçısı hərbi hospitala yerləşdirilib.

Beji Kaid əs-Sebsinin xəstəxanaya yerləşdirilməsinin səbəbi və onun vəziyyəti barədə məlumat verilmir.

Qeyd edək ki, Beji Kaid əs-Sebsi 2014-cü ildən Tunisin prezidentidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti