...

Kreml təsdiq etdi: Putin avqustda Fransaya yollanır

Dünya xəbərləri Materials 28 İyul 2019 01:41 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putin avqust ayının ikinci yarısında Fransaya səfər edəcək
Kreml təsdiq etdi: Putin avqustda Fransaya yollanır

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin avqust ayının ikinci yarısında Fransaya səfər edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətindən xəbər veriblər.

Məlumatda deyilir: "V.Putinin göstərilən müddətlərdə Fransaya səfəri işlənilir".

Qeyd edək ki, daha əvvəl Fransa prezidenti Emmanuel Makron avqustun 19-u Vladimir Putinlə görüşəcəyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti