...

Fransada bazar yanıb - sakinlər təxliyə edilib

Dünya xəbərləri Materials 18 Avqust 2019 17:00 (UTC +04:00)

Bakı. Trend:

Parisdə şəhərin ətrafında yerləşən Levallua-Perre şəhərindəki bazarda yanğın baş verib.

Trend-in məlumatına görə, şəhər hakimiyyəti yaxınlıqdakı ərazilərin sakinlərini təxliyə etməyi tövsiyə edib.

Bildirilir ki, "Anri-Barbyus" bazarında güclü yanğın baş verib. Həmin bazar "Qabriel-Peri" idman mərkəzinin yaxınlığında yerləşir.

Yanğınsöndürmədə 160 yanğınsöndürən iştirak edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti