...

Ermənistanda zibilxanada körpə cəsədi tapılıb

Dünya xəbərləri Materials 31 Avqust 2019 22:32 (UTC +04:00)
Bu gün Ermənistanın Gümrü şəhərinin zibilxanasında əlləri və ayaqları bağlı təxminən iki yaşlı uşaq cəsədi tapılıb
Ermənistanda zibilxanada körpə cəsədi tapılıb

Bakı. Trend:

Bu gün Ermənistanın Gümrü şəhərinin zibilxanasında əlləri və ayaqları bağlı təxminən iki yaşlı uşaq cəsədi tapılıb.

Trend-in məlumatına görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, əraziyə gələn əməliyyat qrupu qolları və ayaqları yapışqanlı lentlə bağlanmış 1,5-2 yaşlı körpənin cəsədini tapıb.

Qeyd edilir ki, hüquq-mühafizə orqanları uşağın şəxsiyyətini müəyyənləşdirmək üçün tədbirlər görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti