Bakı. Elnur Bağışov - Trend:
İran Ordusunun Hərbi Dəniz Qoşunları Xəzər dənizində "Davamlı Təhlükəsizlik" adlı hərbi təlimlərinə başlayıb.
Trend-in məlumatına görə, hərbi təlimlər sülh və dostluq məqsədi daşıyır. Təlimlərdə məqsəd dənizdə döyüş bacarığının yüksəldilməsidir.
İranın gəmi və uçuş vasitələri, o cümlədən esmineslər, torpedalar, qırıcı təyyarələr və helikopterlər, piyada və komandoslar hərbi təlimdə iştirak edirlər.
Təlimlər 25,8 min dəniz mili ərazisində keçirilir.