...

Qonşu ölkədə "Konqo-Krım" qızdırmasına yoluxanların sayı artır

Dünya xəbərləri Materials 16 Sentyabr 2019 10:26 (UTC +04:00)
İranda "Konqo-Krım" qızdırmasına yoluxanların sayı 90-nı keçib.
Qonşu ölkədə "Konqo-Krım" qızdırmasına yoluxanların sayı artır

Bakı. Elnur Bağışov - Trend:

İranda "Konqo-Krım" qızdırmasına yoluxanların sayı 90-nı keçib.

Trend-in məlumatına görə, bunu İranın Baytarlıq Təşkilatının sədr müavini Kərim Əmiri deyib.

K.Əmirinin sözlərinə görə, statistikaya əsasən cari ildə bu qızdırma nəticəsində 10 nəfər həlak olub.

Sədr müavini əlavə edib ki, İranın şərq sərhədlərində qanunsuz heyvan qaçaqmalçılığı Sistan və Bəluçestan vilayətində bu xəstəliyin artmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti