...

Paraqvay ordunu mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə daxil etmək istəyir

Dünya xəbərləri Materials 13 Sentyabr 2019 05:55 (UTC +04:00)

Bakı. Trend:

Paraqvay ordunu ölkədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə daxil etmək istəyir. Bununla bağlı gələn həftə parlamentə bir qanun layihəsi təqdim ediləcək.

Trend-in məlumatına görə, Paraqvay prezidenti Mario Abdo Benitez bunları deyib: "Biz onlara (silahlı qüvvələrə) yeni bir missiya təvəkkül etməliyik ki, cinayətkarlıqla mübarizədə yeni bir rolu yerinə yetirsinlər".

Qeyd edək ki, bu açıqlama Braziliyada cinayətkar qrupun liderlərindən birinin polis məmurlarına hücumundan sonra verilib. Atışma nəticəsində bir nəfər polis həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti