...

ABŞ-ın səfir müavini Twitter-də "layk"a görə Türkiyə XİN-ə çağırılıb

Dünya xəbərləri Materials 6 Oktyabr 2019 20:01 (UTC +04:00)
Türkiyədəki ABŞ səfirinin müavini diplomatik missiyasının "Twitter"dəki hərəkətləri ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb
ABŞ-ın səfir müavini Twitter-də "layk"a görə Türkiyə XİN-ə çağırılıb

Bakı. Trend:

Türkiyədəki ABŞ səfirinin müavini diplomatik nümayəndəliyin "Twitter"dəki hərəkətləri ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend-in məlumatına görə, ona səfirliyin sosial şəbəkələrdə dünənki mesajı ilə bağlı izahat verməsi təklif olunub.

Bildirilir ki, oktyabrın 5-də ABŞ-ın Ankaradakı səfirliyi Türk Milli Hərəkat Partiyasının lideri Dövlət Baxçelinin istefasına çağıran tvitini bəyənib.

Diplomatik nümayəndəlik baş verəni yanlışlıq adlandıraraq üzr istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti