Bakı. Trend:
Türkiyənin Suriyanın şimal-şərqindəki fəaliyyəti müvəqqəti bir tədbirdir.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı zamanı deyib.
Məlumata əsasən, telefon danışığı zamanı M.Çavuşoğlu Türkiyənin Suriyanın ərazi bütövlüyünə hörmət etdiyini vurğulayaraq, Türkiyənin bu bölgədəki (şimal-şərqdə) addımının müvəqqəti olduğunu söyləyib.
Öz növbəsində İran Xarici İşlər Nazirliyinin başçısı Tehranın hərbi əməliyyatlara qarşı olduğunu vurğulayıb və Suriyanın ərazi bütövlüyünə əməl etməyi və orada sabit və etibarlı mühitin qurulmasını vacib hesab edir.