...

İran ordusu hərbi təlimlərə başladı

Dünya xəbərləri Materials 9 Oktyabr 2019 11:48 (UTC +04:00)
İran ordusunun quru qoşunları “Bir hədəf, bir güllə” şüarı ilə Qərbi Azərbaycan vilayətinin Urmiya rayonunda fövqəladə hallar üzrə hərbi təlimlərə başlayıb.
İran ordusu hərbi təlimlərə başladı

Bakı. Elnur Bağışov - Trend:

İran ordusunun quru qoşunları “Bir hədəf, bir güllə” şüarı ilə Qərbi Azərbaycan vilayətinin Urmiya rayonunda fövqəladə hallar üzrə hərbi təlimlərə başlayıb.

Trend-in məlumatına görə, hərbi təlimlərdə çevik reaksiya qüvvələri, əməliyyat qüvvələri iştirak edir və helikopterlər dəstək əməliyyatını yerinə yetirirlər.

Hərbi təlimlərdə İranın şimal-qərbində ordu generalı Əbdürrəhim Musəvi bildirib ki, ordunun vəzifəsi İran İslam Respublikasının ərazi bütövlüyü və müstəqilliyini qorumaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti