...

Somalidə hərbi bazanın atəşə tutulması nəticəsində 7 nəfər yaralanıb

Dünya xəbərləri Materials 13 Oktyabr 2019 20:31 (UTC +04:00)
Somalida Xalane hərbi bazasının raket atəşinə tutulması nəticəsində ən azı 7 nəfər yaralanıb
Somalidə hərbi bazanın atəşə tutulması nəticəsində 7 nəfər yaralanıb

Bakı. Trend:

Somalida Xalane hərbi bazasının raket atəşinə tutulması nəticəsində ən azı 7 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Garowe Online" yerli nəşriyyatı bildirib.

Məlumata əsasən, həmin hərbi baza Moqadişo hava limanın ərazisində yerləşir.

Atışma zamanı üç Afrika Birliyi əsgəri, üç inşaatçı və bir kəşfiyyatçı yaralanıb. Bütün yaralılar müalicə üçün Somalidəki Afrika Birliyi Sülhməramlı missiyasının (AMISOM) xəstəxanasına çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti