Bakı. Trend:
"BMW" şirkəti Rusiyada 4,1 mindən çox avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında mümkün qüsurlarla əlaqədardır.
Bildirilir ki, bu qüsurla bağlı təhlükəsizlik yastığının generatorunda yüksək qaz təzyiqi yarana, bu isə partlayışa səbəb ola bilər.
Qeyd edək ki, 2000-ci il fevral ayından 2012-ci ilin mayınadək Rusiyada satılmış E46 və E39 modellərinə şamil olunur.
Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.
Xatırladaq ki, bundan öncə "BMW" şirkəti Rusiyada 22 mindən çox avtomobili geri çağırmışdı. Həmin qərar akkumulyator batareyasının naqilində qeydə alınan nasazlıqlarla əlaqədar idi. Bildirilirdi ki, bu nasazlıq avtomobilin işində bəzi qüsurlara, hətta nəqliyyat vasitəsinin işə düşməməsinə səbəb ola bilər.