Bakı. Trend:
Fransanın şimalında "Flexibus" şirkətinə məxsus sərnişin avtobusu aşıb.
Trend-in "AFP"yə istinadən verdiyi məlumata görə, Paris-London marşrutu üzrə hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində 33 nəfər xəsarət alıb.
Bildirilir ki, onlardan 29-u yüngül, 4-ü isə ciddi xəsarətlər alıb.
Məlumata əsasən, xəsarət alanlar arasında xarici vətəndaşlar var.