...

Keçmiş Çexoslovakiyanın sabiq Baş naziri Yan Straski vəfat edib

Dünya xəbərləri Materials 7 Noyabr 2019 08:42 (UTC +04:00)
Keçmiş Çexoslovakiyanın sonuncu baş naziri, qısa müddət ölkənin prezidenti vəzifəsini müvəqqəti icra edən Yan Straski 79 yaşında vəfat edib
Keçmiş Çexoslovakiyanın sabiq Baş naziri Yan Straski vəfat edib

Bakı. Trend:

Keçmiş Çexoslovakiyanın sonuncu baş naziri, qısa müddət ölkənin prezidenti vəzifəsini müvəqqəti icra edən Yan Straski 79 yaşında vəfat edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, siyasətçi noyabrın 6-sı Praqada yerləşən qocalar evlərindən birində dünyasını dəyişib.

Sağçı-liberal fikirlərini ifadə edən Y. Straski, 1992-ci il iyulun 2-dən dekabrın 31-dək Çexoslovakiyanın Baş naziri olub. İyulun 20-dən sonra qısa müddət ərzində ölkənin prezidenti vəzifəsini müvəqqəti icra edib.

Xəbər lenti

Xəbər lenti