...

İranda meqa modul zavodu istismara verilib

Dünya xəbərləri Materials 11 Noyabr 2019 16:48 (UTC +04:00)
İranın Yəzd vilayətinin Ərdəkan rayonunda Meqa modul (Hot Charge) zavodu istismara verilib.
İranda meqa modul zavodu istismara verilib

Bakı. Elnur Bağışov - Trend:

İranın Yəzd vilayətinin Ərdəkan rayonunda Meqa modul (Hot Charge) zavodu istismara verilib.

Trend-in məlumatına görə, zavodun istismara verilməsi mərasimində İran prezidenti Həsən Ruhani və digər rəsmi şəxslər iştirak ediblər.

Bu zavod ildə 1,55 milyon ton süngər dəmir istehsal edəcək.

Zavodun inşasına 4,65 trilyon rial (təxminən 110 milyon dollar) və 83 milyon avro vəsait xərclənib.

Qeyd edək ki, müəssisənin inşasına 2012-ci ildə başlanıb və ötən il sınaqdan keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti