...

Türkiyədə daha bir ailənin üzvləri sianiddən zəhərlənərək ölüblər

Dünya xəbərləri Materials 15 Noyabr 2019 11:33 (UTC +04:00)
İstanbulun Bəkirköy rayonunda bir ailənin 3 üzvü sianidlə zəhərlənmədən ölüblər.
Türkiyədə daha bir ailənin üzvləri sianiddən zəhərlənərək ölüblər

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulun Bəkirköy rayonunda bir ailənin 3 üzvü sianidlə zəhərlənmədən ölüblər.

Trend-in məlumatına görə, ölənlər arasında 1 nəfər azyaşlı da var. Hadisə yerinə polis cəlb olunub. Faktla bağlı araşdırmalar başlayıb.

Qeyd edək ki, daha öncə Antalyada bir ailənin 4 üzvü sianiddən zəhərlənərək ölmüşdü. İstanbulda da eyni hal baş vermişdi. Bir ailənin 4 üzvünün zəhərləndiyi mənzilin qapısının üzərinə isə "Daxil olmayın! Polisə zəng edin, mənzildə sianid var" sözləri yazılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti