Bakı. Trend:
İraqın müdafiə naziri Nəcah əş-Şamarinin eyni zamanda İsveç vətəndaşı da olduğu üzə çıxıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, İraq Konstitusiyasına əsasən yüksək vəzifəli şəxslərin ikili vətəndaşlığı ola bilməz.
Bildirilir ki, N. əş-Şamari İsveçin Stokholm şəhərinin rayonlarından birində başqa ad altında qeydiyyatdadır.
Qeyd edək ki, Nəcah əş-Şamari 2019-cu ilin iyun ayından İraqın müdafiə naziridir.