...

Braziliya sahillərindəki neft ləkələri Rio-de-Janeyroya çatıb

Dünya xəbərləri Materials 24 Noyabr 2019 04:14
Braziliya Hərbi Dəniz Qüvvələri avqustun sonu - sentyabrın əvvəlində ölkənin şimal-şərqində 6000 ton neft töküldükdən sonra Rio-de-Janeyro əyalətinin sahillərində ilk neft çırkablarını aşkar edib
Braziliya sahillərindəki neft ləkələri Rio-de-Janeyroya çatıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Braziliya Hərbi Dəniz Qüvvələri avqustun sonu - sentyabrın əvvəlində ölkənin şimal-şərqində 6000 ton neft töküldükdən sonra Rio-de-Janeyro əyalətinin sahillərində ilk neft çırkablarını aşkar edib.

Trend-in məlumatına görə, hərbi heyət ekoloji vəziyyətin monitorinqini aparır və Braziliya Ətraf Mühit İnstitutu çirklənməni ləğv etmək istiqamtində işlərə nəzarət edir.

Braziliya sahillərində baş verən neft dağılması nəticəsində ölkənin şimal-şərqində və cənub-şərq hissəsindəki 11 ştatda 724 çimərlik çirklənib. Çirklənmiş ərazilər sırasına çimərliklər, çay deltaları və qaya birləşmələri daxildir.

Dağılan neftin mənşəyi hələ də məlum deyil. Hökumət sızmada Yunan gəmisi "Bubulinya"nı günahlandırıb, lakin gəmi sahibi "Delta Tankers" sızıntı ilə bağlı ittihamları rədd edib və istintaqda iştirak etməyə hazır olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti