...

2019-cu ildə milyarder adını qazanan şəxslər - Reytinq

Dünya xəbərləri Materials 17 Dekabr 2019 19:37 (UTC +04:00)
“Forbes” jurnalı 2019-cu ildə milyarder adını qazanan şəxslərin reytinqini tərtib edib
2019-cu ildə milyarder adını qazanan şəxslər - Reytinq

Bakı. Trend:

“Forbes” jurnalı 2019-cu ildə milyarder adını qazanan şəxslərin reytinqini tərtib edib.

Trend-in məlumatına görə, siyahıya “Amazon” şirkətinin təsisçisi Ceff Bezosun keçmiş xanımı Makkenzi Bezos rəhbərlik edir.

O, bu il baş vermiş boşanma prosesindən sonra 34,5 milyard dollar varidata sahib olub.

İkinci yerdə kanadalı iş adamı Entoni fon Mendl qərarlaşıb. O, “Mark Anthony Brands” içki məmulatları şirkətini təsis etməklə 3,5 milyard dollar qazanıb.

İlk üçlüyü amerikalı investor Herbert Verthaum tamamlayır. O, 1970-ci ildə təsis etdiyi “Brain Power” rəngli linza şirkətindən əldə etdiyi gəliri birjaya yatırmaqla 2019-cu ildə 3,1 milyard dollar qazanıb.

Reytinqə həmçinin, “Kylie Cosmetics” şirkətinin təsisçisi Kayli Cenner və rusiyalı dörd uşaq anası, “Wildberries” onlayn mağazasının təsisçisi Tatyana Bakalçuk daxil olub. Hər iki qadın bu il 1 milyard dollar gəlir əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti