...

Şirkətdən qovuldu - Qisas üçün şirkətin pulunu oğurladı

Dünya xəbərləri Materials 30 Dekabr 2019 00:47 (UTC +04:00)
Fransada tərəfdaşları tərəfindən şirkətdən uzaqlaşdırılan iş adamı 1,1 milyon avro oğurlayıb
Şirkətdən qovuldu - Qisas üçün şirkətin pulunu oğurladı

Bakı. Trend:

Fransada tərəfdaşları tərəfindən şirkətdən uzaqlaşdırılan iş adamı 1,1 milyon avro oğurlayıb.

Trend-in məlumatına görə, 2013-cü ildə bir neçə dost startap təsis edib.

Lakin bir neçə il sonra fikir ayrılığı nəticəsində bir nəfəri uzaqlaşdırmaq qərarı qəbul edilir. Bu qərardan incik düşən iş adamı ölkə xaricindən şirkətin hesabından bitkoinlərlə köçürmələr edib.

Polis araşdırması nəticəsində məlum olub ki, o, şirkətdən 1,1 milyon məbləğində 182 bitkoin oğurlayıb.

Həmin şəxs oğurluğu qisas üçün etdiyini etiraf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti