Bakı. Rufiz Hafizoğlu - Trend:
Ankarada İŞİD terror təşkilatının mənsublarına qarşı növbəti dəfə xüsusi əməliyyat keçirilib.
Trend-in məlumatına görə, əməliyyat nəticəsində 30 nəfər saxlanılıb.
Saxlanılanların xarici vətəndaşlar olduğu deyilir. Lakin onların vətəndaşlıqları açıqlanmır.
Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.