...

Tehranda böyük izdiham - İranlı generalla vida mərasimi keçirilir (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 6 Yanvar 2020 10:46 (UTC +04:00)
İran mediaları şəhərdə küçələrə milyonlarla insanın axışdığını qeyd edirlər.
Tehranda böyük izdiham - İranlı generalla vida mərasimi keçirilir (FOTO/VİDEO)

Bakı. Elnur Bağışov - Trend:

İranın paytaxtı Tehran şəhərinin Azadi meydanına çıxan prospektlərdə böyük izdiham var. İran mediaları şəhərdə küçələrə milyonlarla insanın axışdığını qeyd edirlər.

Trend-in məlumatına görə, buna səbəb iranlı general Qasim Süleymani ilə vida mərasiminin keçirilməsidir.

Vida mərasimi Tehran universitetində təşkil olunub. Hazırda universitetin ətrafına 100 mindən çox insan toplanıb. Mərasimdə İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi, Prezident Həsən Ruhani və digər rəsmi şəxslər iştirak edirlər.

Tehranın mərkəzi küçələrində hərəkət məhdudlaşdırılıb və yüksək səviyyədə təhlükəsizlik tədbirləri həyata keçirilir.

İranın dövlət televiziyası mərasimi canlı yayımlayır.

Vida mərasimindən sonra vəsiyyətinə uyğun olaraq generalın nəşi doğulduğu Kirman şəhərinə aparılaraq sabah orada dəfn ediləcək.

Qeyd edək ki, İranda artıq aeroport, prospekt və küçələrə generalın adı verilib.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti