...

İran ABŞ-ın İraqdakı bazalarına raket zərbələri endirib

Dünya xəbərləri Materials 8 Yanvar 2020 03:46 (UTC +04:00)
ABŞ-ın İraqdakı bir neçə bazasına raket zərbələri endirilib
İran ABŞ-ın İraqdakı bazalarına raket zərbələri endirib

Bakı. Trend:

ABŞ-ın İraqdakı bir neçə bazasına raket zərbələri endirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, raket zərbələri ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbinədki Ayn əl-Əsəd hərbi-hava bazasına endirilib.

"Press TV" telekanalının məlumatına əsasən, raket zərbələrinə görə məsuliyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb.

Bildirilir ki, raket zərbələri iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq həyata keçirilib.

Ölənlər və yaralananlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti