...

İranda daha 19 nəfər öldü, 24 nəfər yaralandı

Dünya xəbərləri Materials 9 Yanvar 2020 09:16 (UTC +04:00)
İranın Tehran şəhərindən Gülüstan vilayətinin Kəlalə şəhərinə gedən avtobusun Mazandaran vilayətinin Savadkuh rayonunda dərəyə aşması nəticəsində 18 nəfər həlak olub.
İranda daha 19 nəfər öldü, 24 nəfər yaralandı

Bakı. Elnur Bağışov - Trend:

İranın Tehran şəhərindən Gülüstan vilayətinin Kəlalə şəhərinə gedən avtobusun Mazandaran vilayətinin Savadkuh rayonunda dərəyə aşması nəticəsində 18 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə İranın Təcili Yardım Təşkilatı məlumat yayıb.

Təşkilat bildirir ki, hadisə nəticəsində 24 nəfər yaralanıb.

Məlumata görə, yaralılar yaxın şəhərlərdə yerləşən xəstəxanalara yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti