...

Dubay hava limanında onlarla uçuş təxirə salınıb

Dünya xəbərləri Materials 11 Yanvar 2020 20:05 (UTC +04:00)
Dubay Beynəlxalq Hava Limanında güclü siklon nəticəsində onlarla uçuş təxirə salınıb
Dubay hava limanında onlarla uçuş təxirə salınıb

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri güclü siklonun təsiri altına düşüb. Daşqın nəticəsində, Dubay Beynəlxalq Hava Limanında onlarla uçuş təxirə salınıb.

Trend-in məlumatına görə, şənbə günü səhərdən davam edən pis hava şəraiti, Dubay Beynəlxalq Hava Limanının əməliyyatlarına təsir göstərməyə davam edir. Gecikmiş reyslərin bütün gün müşahidə olunacağı ehtimal olunur. Bəzi reyslər ləğv edilib və ya Dubayın cənubundakı başqa hava limanına (DWC) yönləndirilib.

BƏƏ-nin Milli Meteoroloji Mərkəzi, sakinlərin evlərini tərk etməmələrini və avtomobil sürməmələrini tövsiyə edib, güclü yağışların ən az şənbə gününün sonunadək yağacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti