...

Dünyanın ən kiçik insanı vəfat edib

Dünya xəbərləri Materials 18 Yanvar 2020 00:06 (UTC +04:00)

Bakı. Trend:

Dünyanın ən kiçik adamı - Haqendra Tapa Maqar 28 yaşında vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Ginnesin Rekordlar Kitabı saytında bildirilib.

Haqendra Tapa Maqar 1992-ci ildə Nepalda anadan olub, 67,08 santimetr boyu ilə müstəqil hərəkət etmək qabiliyyətini saxlayan dünyanın ən kiçik adamı olaraq tanınıb.

O ilk dəfə 2011-ci ildə Ginnesin Rekordlar Kitabına düşdü.

Bildirilib ki, dostlarının dediyinə görə, son vaxtlar Haqendra ürək problemləri, astma və pnevmoniya ilə mübarizə aparırdı.

İndi ən kiçik adam "titulu" kolumbiyalı Eduard Nino Hernandesə keçdi. Onun boyu 70,21 santimetrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti