...

Tibetdə zəlzələ baş verib

Dünya xəbərləri Materials 25 Yanvar 2020 05:29 (UTC +04:00)
Zəlzələlər yerli vaxt ilə 22.56-da, Çamdo şəhərindən 226 kilometr aralıda qeydə alını
Tibetdə zəlzələ baş verib

Bakı. Trend:

Çinin qərbindəki Tibet muxtar vilayətində 5.5 gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti (USGS) xəbər verib.

Zəlzələlər yerli vaxt ilə 22.56-da, Çamdo şəhərindən 226 kilometr aralıda qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti