...

Peruda sərnişin təyyarəsi təcili olaraq eniş edib

Dünya xəbərləri Materials 25 Yanvar 2020 06:07 (UTC +04:00)
118 sərnişin və ekipaj üzvləri təxliyə edilib
Peruda sərnişin təyyarəsi təcili olaraq eniş edib

Bakı. Trend:

Sərnişin təyyarəsi göyərtədə partlayıcı qurğunun olması barədə xəbərdarlıqla əlaqədar Perunun Pisko şəhərindəki hava limanına təcili eniş edib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Nəqliyyat və Kommunikasiya Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Təyyarənin Respublikanın paytaxtı Limadan Huliyaku şəhərinə daxili uçuş etdiyi bildirilir. Enişdən sonra təyyarədəki 118 sərnişin və ekipaj üzvləri təxliyə edilib. Hadisə yerinə polislər cəlb olunub.

Hava limanı fəaliyyətini dayandırıb, terminala giriş yoxlanışın sonuna qədər bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti