...

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı artıb

Dünya xəbərləri Materials 26 Yanvar 2020 19:31 (UTC +04:00)
ABŞ-da daha bir yeni növ koronavirusa yoluxma faktı qeydə alınıb
ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı artıb

Bakı. Trend:

ABŞ-da daha bir yeni növ koronavirusa yoluxma faktı qeydə alınıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Kaliforniyada Orinc dairəsinin Səhiyyə Agentliyinin press-relizində deyilir.

Bildirilir ki, yeni növ koronavirusa yoluxan şəxs Çinin Uxan şəhərindən ABŞ-a gəlib. O, hazırda xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl ABŞ-da yeni növ koronavirusa 2 yoluxma faktı qeydə alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti