...

Çində koronavirusdan ölənlərin sayı 106-ya çatıb

Dünya xəbərləri Materials 28 Yanvar 2020 05:55 (UTC +04:00)
Çində yeni bir koronavirusdan ölənlərin sayı 106-ya yüksəlib
Çində koronavirusdan ölənlərin sayı 106-ya çatıb

Bakı. Trend:

Çində yeni bir koronavirusdan ölənlərin sayı 106-ya yüksəlib, təxminən 1,3 min yeni infeksiyaya yoluxma hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse (AFP)" agentliyi bildirib.

Daha əvvəl bildirilib ki, Çində yeni bir növ pnemvmoniya xəstəliyinə tutulanların sayı 2889 nəfərə çatıb. Ölənlərin sayı 82 nəfər təşkil edib.

İnzibati-ərazi vahidləri arasında aşkar olunan xəstəliklərin sayına görə hələ də ilk yeri Hubey tutur (1423 hal) və bu əyalətin inzibati mərkəzi Vuhandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti