...

Ağ Ev Yaxın Şərqdə "əsrin müqaviləsi" üzrə təklifləri dərc edib

Dünya xəbərləri Materials 29 Yanvar 2020 04:28 (UTC +04:00)
Ağ Ev öz saytında Yaxın Şərqdə vəziyyətin nizamlanmasını nəzərdə tutan "əsrin müqaviləsi" üzrə təklifləri dərc edib
Ağ Ev Yaxın Şərqdə "əsrin müqaviləsi" üzrə təklifləri dərc edib

Bakı. Trend:

Ağ Ev öz saytında Yaxın Şərqdə vəziyyətin nizamlanmasını nəzərdə tutan "əsrin müqaviləsi" üzrə təklifləri dərc edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 180-dən artıq səhifəlik sənəd sərhədlər, Qüdsün statusu, ABŞ prezidenti Donald Trampın iqtisadi planı, təhlükəsizlik, sərhəd keçidləri, Qəzzanın statusu da daxil olmaqla 23 bölmədən ibarətdir.

Sənəddə həmçinin azad ticarət zonası, ABŞ ilə ticarət razılaşmaları, limanların statusu, Ölü dəniz, su ehtiyatları, məhkumlar və qaçqınlar, təhsil, qarşılıqlı tanıma və israillilər və fələstinlilər arasında münasibətlər, mövcud iddiaların həlli və gələcək danışıqların keçirilməsi qaydalarına dair də bölmələr var.

Plana "konseptual" xəritələr və təhlükəsizlik və demilitarizasiya meyarlarının təsviri əlavə edilib.

Qeyd edək ki, ABŞ-ın təklif etdiyi "əsrin müqaviləsi" İsrail və Fələstin münaqişəsinin nizamlanması üzrə plandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti