...

İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib

Dünya xəbərləri Materials 6 Fevral 2020 05:45 (UTC +04:00)
İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Qəzza zolağında Həmasın mövqelərinə hava zərbələri endirib
İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Qəzza zolağında Həmasın mövqelərinə hava zərbələri endirib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Qəzza zolağından son gün ərzində İsrail ərazisinə atılan minaatan mərmilərinə cavab olaraq bizim HHQ-miz Həmasın Qəzzadakı bir neçə terror mövqeyinə zərbələr endirib".

Xatırladaq ki, daha əvvəl İsrail ordusunun mətbuat xidməti Qəzza zolağından ölkə ərazisi istiqamətində iki minaatan mərmisi atıldığı barədə məlumat vermişdi.

Xəbər lenti

Xəbər lenti