...

Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı artıb

Dünya xəbərləri Materials 16 Fevral 2020 17:12 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Koreyada daha bir nəfər yeni növ koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.

Məlumata əsasən, xəstələnən şəxs 82 yaşlı kişidir. O, ölkədən kənara çıxmayıb.

Bildirilir ki, bu yoluxma halı ilə birgə ölkədə yeni növ koronavirusa yoluxanların sayı 29 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti