...

Cənubi Koreyada koronavirusdan ölənlərin sayı 7 nəfərə çatıb

Dünya xəbərləri Materials 24 Fevral 2020 06:34 (UTC +04:00)
Cənubi Koreyada yeni növ koronavirusdan ölənlərin sayı 7 nəfərə çatıb
Cənubi Koreyada koronavirusdan ölənlərin sayı 7 nəfərə çatıb

Bakı. Trend:

Cənubi Koreyada yeni növ koronavirusdan ölənlərin sayı 7 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.

Məlumata əsasən, koronavirusa yoluxanların sayı 161 nəfər artaraq 763 nəfərə çatıb. Daha əvvəl 602 nəfərin koronavirusa yoluxduğu, 6 nəfərin isə öldüyü bildirilirdi.

Qeyd edək ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 77042 nəfərə çatıb, onlardan 2445 nəfəri ölüb, 22,8 mindən artıq insan isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti