...

İranda koronavirusdan ölənlərin sayı 12-yə çatdı

Dünya xəbərləri Materials 24 Fevral 2020 11:40 (UTC +04:00)
İranda indiyədək 47 nəfər yeni koronavirusa yoluxub.
İranda koronavirusdan ölənlərin sayı 12-yə çatdı

Bakı. Elnur Bağışov - Trend:

İranda indiyədək 47 nəfər yeni koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bunu İran Parlamentinin rəyasət heyətinin sözçüsü Əsədulla Abbasi jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, indiyədək bu virus nəticəsində 12 nəfər həlak olub.

Abbasi əlavə edib ki, İran parlamentinin qeyri-plenar iclasında İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki bir sıra məsələlərə aydınlıq gətirib.

İran rəsmisi bildirib ki, İranda xəstəxanalarda yatırılan pasiyentlərin əksəriyyəti qripə aiddir.

Parlament rəsmisi deyib ki, İranın Qum şəhərində əhaliyə maskalar paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti