...

İtaliyada ötən sutka ərzində 168 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 11 Mart 2020 01:25 (UTC +04:00)
İtaliyada ötən sutka ərzində 168 nəfər koronavirusdan ölüb

Bakı. Trend:

İtaliyada son sutka ərzində COVİD-19 koronavirusundan 168 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli bildirib.

Onun sözlərinə görə, ölkədə yoluxma hallarının sayı isə 10149-a çatıb, onlardan 631 nəfəri ölüb.

A.Borrelli bildirib ki, son sutka ərzində koronavirusdan 280 nəfər sağalıb, ümumilikdə sağalanların sayı 1004 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti