Bakı. Trend:
Gürcüstanda COVİD-19 koronavirusuna yoluxanların sayı 23 nəfərə çatıb.
Trend-in "Gürcüstan Onlayn"a istinadən verdiyi məlumata görə, bu barədə "stopcov.ge" xüsusi hökumət veb-səhifəsində deyilir.
Məlumata əsasən, hazırda 126 nəfər karantində saxlanılır.
Qeyd edək ki, daha əvvəl Gürcüstanda 15 nəfərin COVİD-19 koronavirusuna yoluxduğu bildirilirdi.