Bakı. Trend:
Panamada COVİD-19 koronavirusundan ilk ölüm halı qeydə alınıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ölən şəxsin 64 yaşı olub.
Bildirilir ki, bundan əlavə ölkədə 7 yoluxma halı aşkarlanıb.
Qeyd edək ki, Panamada koronavirus səbəbindən aprelin 7-dək kütləvi tədbirlər və məktəblərdə dərslər təxirə salınıb.