...

ABŞ koronavirus səbəbindən Avropadan girişi qadağan edir

Dünya xəbərləri Materials 12 Mart 2020 05:43 (UTC +04:00)
ABŞ Prezidenti Avropa İttifaqını yayılan virusa kifayət qədər önəm verməməkdə ittiham edib
ABŞ koronavirus səbəbindən Avropadan girişi qadağan edir

Bakı. Trend:

Prezident Donald Tramp martın 13-dən etibarən 30 gün müddətinə ABŞ-a Avropadan gələnlər üçün girişi qadağan edəcəyini elan edib.

Trend-in Ria Novosti-yə istinadən verdiyi məlumata görə, istisnalar yalnız Britaniyaya və "lazımi yoxlamaları" keçən amerikalılara aiddir.

"Ölkəmizə yoluxmuş yeni şəxslərin daxil olmasının qarşısını almaq üçün Avropadan ABŞ-a 30 gün müddətinə bütün səfərləri dayandırırıq. Yeni qaydalar cümə gününün (13 mart) gecə yarısı qüvvəyə minəcək", - deyə D.Tramp bildirib.

Bildirilir ki, qadağa tədbirləri miqyaslı mal və yük daşımalarına (ABŞ-a daxil olan) şamil edilməyəcək.

ABŞ Prezidenti Avropa İttifaqını yayılan virusa kifayət qədər önəm verməməkdə ittiham edib: "Avropa İttifaqı oxşar (ABŞ) ehtiyat tədbirləri görməyə, Çindən və digər qaynar nöqtələrdən səfərlərin məhdudlaşdırılmasına nail ola bilməyib", - deyə o bildirib.

"Əminəm ki, belə sərt tədbirlərlə vətəndaşlarımıza qarşı təhlükə əhəmiyyətli dərəcədə azalacaq və nəticədə bu virusu məğlub edəcəyik", - deyə D.Tramp əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti