Bakı. Trend:
Ötən sutka ərzində Çində COVİD-19 koronavirusuna daha 11 nəfər yoluxub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yoluxanlardan 13 nəfəri dünyasını dəyişib, 1430 nəfər isə sağalaraq evə buraxılıb.
Məlumata əsasən, Çində koronavirusa yoluxanların ümumi sayı 80 824 nəfər, sağalanların sayı 65 541 nəfər, ölənlərin sayı isə 3189 nəfər təşkil edir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-i COVİD-19 koronavirusunu pandemiya elan edib. Dünyanın 120-dən çox ölkəsində 130 mindən artıq insan koronavirusa yoluxub. Onlardan əksəriyyəti sağalıb, lakin 5 mindən artıq xəstə dünyasını dəyişib.