...

Gürcüstan qoruyucu maska istehsal edəcək

Dünya xəbərləri Materials 17 Mart 2020 14:18 (UTC +04:00)
Gürcüstan hökuməti ölkədə qıtlıq müşahidə olunan qoruyucu maskaların istehsalına başlamağı planlaşdırır
Gürcüstan qoruyucu maska istehsal edəcək

Bakı. Trend:

Gürcüstan hökuməti ölkədə qıtlıq müşahidə olunan qoruyucu maskaların istehsalına başlamağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu ölkənin İqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava deyib.

O bildirib ki, bununla əlaqədar olaraq ölkədəki tikiş müəssisələrinə hökumət tərəfindən maksimum yardım göstəriləcək.

Qeyd olunur ki, bu günədək Gürcüstanda 34 koronavirusa yoluxma faktı qeydə alınıb.

Bununla əlaqədar olaraq, ölkə ərazisində martın 18-dən başlayaraq marşrut taksilərinin fəaliyyəti dayandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti