...

Qazaxıstanın paytaxtı bağlana bilər

Dünya xəbərləri Materials 17 Mart 2020 14:05 (UTC +04:00)
Qazaxıstanın paytaxtı Nur-Sultanın rəhbərliyi koronavirus təhlükəsi ilə əlaqədar şəhərin bağlanması məsələsini müzakirə edəcək
Qazaxıstanın paytaxtı bağlana bilər

Bakı. Nərgiz Sadıxova - Trend:

Qazaxıstanın paytaxtı Nur-Sultanın rəhbərliyi koronavirus təhlükəsi ilə əlaqədar şəhərin bağlanması məsələsini müzakirə edəcək.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Dias Ahmetşarip deyib.

Onun sözlərinə görə, bununla bağlı qərar gün ərzində verilə bilər.

Qeyd edək ki, Nur-Sutan şəhərində təkcə bu gün 14 yeni yoluxma faktı aşkar edilib.

Ümumilikdə, ölkədə 27 yoluxma qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti