...

Çində koronavirus qurbanlarının sayı 3237-ə çatıb

Dünya xəbərləri Materials 18 Mart 2020 08:48 (UTC +04:00)
Materik Çində koronavirusla yoluxmanın təsdiqlənmiş halların sayı 80,894-ə çatıb, onlardan 3237 nəfər ölü
Çində koronavirus qurbanlarının sayı 3237-ə çatıb

Bakı. Trend:

Materik Çində koronavirusla yoluxmanın təsdiqlənmiş halların sayı 80,894-ə çatıb, onlardan 3237 nəfər ölüb, 69,6 mindən çox xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb.

Trend-in məlumatına görə, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi bildirib.

Çində son sutka ərzində 13 yeni xəstələnmə faktı aşkarlanıb, 11 nəfər ölüb, 922 nəfər xəstəxanalardan buraxılıb:

"Dövlət Səhiyyə Komitəsinə 31 vilayətdən (rayon, mərkəzi tabeliyindəki şəhərlər) 80 894 təsdiq edilmiş yeni tip koronavira yoluxma faktı, o cümlədən hazırda 8056 nəfər xəstədir (2622 nəfərin vəziyyəti ağırdır), 69 601 nəfər xəstəxanadan buraxılıb, 3237 nəfər vəfat edib".

Epidemiyanın diqqət ocağı olan Hubei əyalətində sutka ərzində yalnız bir yoluxma faktı təsdiqlənib (Vuhan şəhərində), 896 nəfər xəstəxanadan buraxılıb (812 nəfər Vuhanda), 11 ölüm hadisəsi qeyd edilib (10 hadisə Vuhanda). Epidemiya başlayandan bəri, vilayətdə artıq 67800 yoluxma hadisəsi aşkar edilib (Vuhan şəhərində 50005), 56883 xəstə sağalıb, 3122 nəfər ölüb (Vuhanda 2490 nəfər). Hazırda vilayətdə 7 795 nəfər xəstədir, onlardan 2580 nəfərinin vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti