...

ABŞ konqressmeni koronavirusa yoluxub

Dünya xəbərləri Materials 19 Mart 2020 04:01 (UTC +04:00)
ABŞ konqressmeni koronavirusa yoluxub

Bakı. Trend:

Amerikalı konqressmen Mario Dias-Balart (Florida ştatını təmsil edən respublikaçı) yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə siyəsətçinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, koronavirusun ilk əlamətləri konqressmendə martın 14-ü qeydə alınıb.

M.Dias-Balart öz növbəsində "Twitter" səhifəsində özünü yaxşı hiss etdiyini bildirib.

Xatırladaq ki, ABŞ-da koronavirusa yoluxanların sayı 7,7 mini ötüb, onlardan azı 118-i dünyasını dəyişib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada 200 mindən artıq insanın yeni növ koronavirusa yoluxduğunu, 8 mindən artıq insanın isə bu virusdan öldüyünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti