Bakı. Trend:
Şimali Makedoniya yaxın zamanlarda NATO-ya qəbul ediləcək.
Trend-in məlumatına görə, bunu Alyansın baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, NATO-nun bütün üzv ölkələri Şimali Makedoniyanın quruma üzvlüyü barədə protokolu ratifikasiya edib.
Qeyd edək ki, Şimali Makedoniya NATO-nun sayca 30-cu üzvü olacaq.